Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Biz coğrafi və tale etibarilə Qlobal Cənubun bir hissəsiyik” –

User 14 May 2026 - 11:08 (Last updated: 14 May 2026 - 11:08)
hikmet

Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni baxımdan və tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.

Azpost.info APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında deyib.

“Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri tam və hərtərəfli anlayır. Bunun tarixi bir səbəbi də var, çünki Azərbaycan da müstəqillik illərində və ümumilikdə bütün tarixi boyunca bu çətinlikləri və problemləri yaşayıb. Xüsusilə müstəmləkəçilik və yeni müstəmləkəçilik elementlərini vurğulamaq istərdim. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Təəssüf edirik ki, bu praktika qlobal səviyyədə hələ də davam edir, sadəcə yeni forma və təzahürlər qazanır”, – Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə yeni müstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri elan edib: “Təəssüf edirik ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi indiyədək öz mandatını tam yerinə yetirə bilmir, çünki bəzi ölkələr dekolonizasiya prosesinə müqavimət göstərirlər”.

Hikmət Hacıyev Qlobal Cənubun dünya nizamının formalaşdırılmasında rolunun məhdudlaşdırıldığına diqqət çəkib.

“Çox sevindiricidir ki, İkinci Dünya müharibəsindən sonra, xüsusilə 1960-cı illərdə Qlobal Cənubun bir çox ölkələri müstəqillik qazandılar. Amma yenə də keçmişi inkar edə bilmərik və yeni müstəmləkəçilik elementləri Qlobal Cənub ölkələrinin yerləşdiyi bəzi bölgələrdə hələ də hökm sürməkdə davam edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri, eləcə də COP29-un sədri və prezidenti kimi Qlobal Cənub ölkələrinin inkişafına və əməkdaşlığına böyük töhfə verib. Məmnunluqla qeyd edirəm ki, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə bizim Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlıq bir çox müxtəlif sahədə inkişaf etməkdə davam edir. Lakin etiraf etməliyik ki, biz qlobal nizamsızlıq dövründə yaşayırıq. Yeni təhdidlər, yeni çağırışlar və yeni qeyri-müəyyənliklər meydana çıxır. Təəssüf ki, tarix boyu yeni qlobal nizam formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib”, – Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev bu vəziyyətin davam etməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb: “Hazırda isə daha böyük potensialı və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yeni dünya nizamının formalaşmasını sadəcə müşahidə edən və kənardan baxan tərəf ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər. Beynəlxalq institutların hazırkı strukturu, xüsusilə BMT Təhlükəsizlik Şurası müasir dünyanın reallıqlarını əks etdirmir. Bu institutda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir. Həmçinin ədalətli coğrafi təmsilçilik də təmin edilməyib. Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin olunmalıdır. Azərbaycan çoxtərəfliliyin qətiyyətli tərəfdarıdır”.

AzPost.az

Post navigation

Previous: Zelenskinin Prezident Aparatının keçmiş rəhbəri Yermak həbs edilib
Next: Bakıda kirayə ev problemi

Oxşar xəbərlər

infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.