“Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq”- İsrail səfiri

“Oktyabrın 7-si Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacaq”.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik son hadisələrlə bağlı mətbuata açıqlamasında bildirib.

“HƏMAS terrorçuları qadınlarımızı və kişilərimizi, oğullarımızı və qızlarımızı öldürmək, zorlamaq və qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərimizi zəbt edərək raket atdığı zaman sürpriz bir müharibə başladı.

700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb.

Hücum vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.

HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır.

Bu, onların nizamnaməsində yazılıb.

Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir.

Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir və biz bunun bir daha baş verməyəcəyinə əmin olacağıq”, – diplomat əlavə edib.

Onun sözlərinə görə, İsrail ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq: “Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq. Bu müharibədir. Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk müharibə olmayacaq.

Əvvəllər də hücuma məruz qalırdıq, sayca az idik, qəfil yaxalanırdıq. Biz Yom Kippur müharibəsinin 50 illiyini qeyd etdik, o müharibənin ki, Ərəb dünyasının orduları İsraili işğal etmək istəyirdi. Sonda İsrail ordusu Qahirə və Dəməşqin qapılarında idi. Bu dəfə də Yaxın Şərq reallığını dəyişəcəyik”(apa).

Əvvəlki məqalə

İsrail Yaxın Şərq regionunu dəyişdirəcək

Sonrakı məqalə

Azərbaycandakı bacı və qardaşlarımızın dəstək mesajları bizi heyrətə gətirdi