“Biz Rusiyanın Qarabağda müharibəyə tezliklə son qoymaq cəhdlərindən razıyıq” –İran parlamentinin sədri Qalibaf

“İran Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair Rusiyanın səylərini alqışlayır”.

Bu sözləri İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya Diplomatik Akademiyasında keçirilən görüşdə söyləyib.

“Bu münaqişənin davam etməsi İranın Şimal sərhədində təhülkəsizliklə bağlı məsələlərə səbəb ola bilərdi. Biz Rusiyanın bu müharibəyə tezliklə son qoymaq cəhdlərindən razıyıq”, – deyə o bildirib. O, həmçinin regionda hələ də terror təhlükəsinin mövcud olduğunu və bu təhlükəyə qarşı mübarizə aparılmasının vacibliyini də vurğulayıb.

Məhəmməd Bağer Qalibaf region ölkələrini dayanıqlı əməkdaşlığa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ölkədə dövlət çevrilişi ilə bağlı deyilənlərin heç bir əsası yoxdur” –

Sonrakı məqalə

Gögöl rayonunun sabiq icra başçısı vəfat edib