“Biz uduzduq, dünya “Qarabağ Azərbaycanındır” deyir” –Ermənistanın sabiq XİN rəhbəri Oskanyan

 “44 günlük müharibədən sonra dünya ictimaiyyətində Qarabağla bağlı yeni streotiplər formalaşıb. Bu streotipləri dağıtmaq çox çətin olacaq”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yazdığı məqaləsində qeyd edib.

Sabiq XİN rəhbərinin fikrincə, müharibənin nəticəsində Ermənistan üçün destkruktiv sayılacaq streotiplər formalaşıb. “Buna qarşı arxa çevirmək hər gün daha çətinləşir”.

Oskanyan yeni yaranmış beynəlxalq steroitplərin bu qaydada olduğunu qeyd edib: “1. Dağlıq Qarabağ məsələsi həll olunub. 2. Qarabağ –ermənilərin yaşadığı Azərbaycan ərazisidir. Onlarla bağlı qaldırılan məsələləri dinləmək olar. 3. Gələcəyə baxmaq zamanı gəlib çatıb”.

Bu barədə ABŞ və Avropa İttifaqının siyasi və diplomatik dairələrindən, Azərbaycan prezidentinin və Türkiyənin yüksək çinli şəxslərinin bəyanatlarından qaynaqlanan informasiyalar, şaiyələr şahidlik edir”- deyən Oskanyanın fikrincə, əgər beynəlxalq ictimaiyyətdə streotiplər formalaşırsa sonradan onu dağıtmaq çox çətin olur.

Onun sözlərinə görə, Ermənistanın hazırkı məğlubiyyətini nəzərə alanda bu qaydaları dəyişmək mümkünsüz görünür: “Biz müharibədə məğlub olmuşuq, mənəvi cəhətdən sındırılmışıq, ölkə siyasi xaosun içindədir. Belə vəziyyətdə yaranmış yeni duruma qarşı çıxmaq insan gücü həddində deyil”. 

Oskanyan bildirib ki, Ermənistan Dağlıq Qarabağla bağlı mövqeyini dəqiqləşdirməlidir: “Dağlıq Qarabağ prosesinin gedişatı öz yerindən tərpənib. Bu proses sürətini artırdığı bir zamanda biz onunla yanaşı getmirik, öz yerimizdə durmuşuq. Əgər biz sürətlə uzaqlaşan bu “qatara” tullana bilməsək, qatar teziliklə stansiyadan uzaqlaşacaq”.

Bunun üçün o, Ermənistanın, Qarabağ və diasporanın səylərini birləşdirməyi təklif edib. “Bunun üçün biz 3 istiqamətdə: diplomatik, hərbi və beynəlxalq çərçivədə işləməliyik. Əgər xarici siyasətdə fəaliyyətsizliyimiz, daxildəki tərsliymiz davam edərsə, yaxın gələcəkdə Dağlıq Qarabağın qalan ərazisinin əldən çıxması, Sünikin itirilməsi təhlükəsi gözləyir”.

Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub. Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsman Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat yayıb

Sonrakı məqalə

“Tramp axmaq adam idi” –