“Bizi tez yandıracaqlar və vəziyyət Ukraynadan da pis olacaq“- LUKAŞENKO

“Belarus cəmiyyətində sabitliyin pozulması ciddi nəticələrə səbəb ola bilər”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, normal vəziyyətin saxlanmasının açarı güclü iqtisadiyyatdır: “Əgər biz döyüşmək istəmiriksə, əgər siz övladlarınızın öz suverenliyini və müstəqilliyini silahla müdafiə etməsini istəmirsinizsə, güclü iqtisadiyyatımız olmalıdır. Bizi tez yandıracaqlar və vəziyyət Ukraynadan da pis olacaq. Çox ağır vəziyyət, çox ciddi şərait… Yemək, içmək, geyinmək – hələ hər şey var. Amma rahatlaşsaq, hər şey bir anda çökəcək”.

Belarus lideri qeyd edib ki, iqtisadiyyat dövlət orqanları üçün bir nömrəli məsələdir və hökumət 2022-ci il üçün göstəricilərin ötən ildən pis olmamasını təmin etməlidir: “İlin yekunları ilə bağlı prezidentin sədrliyi ilə hökumətin iclasını planlaşdırmaq, onların necə işlədiyini tam nəzərdən keçirmək lazımdır. Yalnız bir vəzifə var – ötən ildən pis olmamaq. Ölmək, amma tab gətirmək…”.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib