Sabah hava necə olacaq?- PROQNOZ

Azərbaycanda avqustun 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 30-34° isti, Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Əvvəlki məqalə

“3 diplomatımız səfirliyi tərk etmədən böyük kütləyə qarşı durub…” –

Sonrakı məqalə

“Bizi tez yandıracaqlar və vəziyyət Ukraynadan da pis olacaq“