“Dəstəyimizə arxalana bilərsiniz”- İtaliya seçkilərinin qalibi Zelenskiyə vəd verdi

Parlament seçkilərində qalib gələn “İtaliya Qardaşları” partiyasının lideri Giorgia Meloni Kiyevə dəstək vədi verib.

Azpost.info xəbər verir ki, Meloni bunu Ukrayna prezidenti Vladimir Zelenskinin təbrikinə cavab olaraq bildirib.

“Ukrayna xalqının azadlığı uğrunda bizim sadiq dəstəyimizə arxalana bilərsiniz”, – Meloni deyib.

Qeyd edək ki, Zelenski “Tviter”də Giorgia Melonini seçkilərdəki uğuru münasibətilə təbrik edib və yeni hökumətlə səmərəli əməkdaşlığa ümid etdiyini deyib. Ukrayna lideri Rusiyanın təcavüzü ilə mübarizədə İtaliyanın dəstəyini yüksək qiymətləndirib.

“İtaliya Qardaşları” 2012-ci ildə qurulan sağ mərkəzçi partiyadır. Partiyanın lideri İtaliyanın keçmiş gənclər naziri, eyni zamanda Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasına rəhbərlik edən Giorgia Melonidir.

Azpost.info

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Yanvarın 1-dən pensiyalar artırılacaq –