Yanvarın 1-dən pensiyalar artırılacaq –200 manat yardım əlavə olunacaq (AÇIQLAMA)

2023-cü il yanvardan 1-dən etibarən pensiyaçılara rüblər üzrə ödənilən 200 manat ümumi pensiya məbləğina daxil ediləcək.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Qeyd edilib ki, xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək:

“Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq”.

Əvvəlki məqalə

“Dəstəyimizə arxalana bilərsiniz”

Sonrakı məqalə

““Reket media” haqqında artıq keçmiş zamanda danışmaq istəyirik” –