Blinken bu gün Hakan Fidan və bir neçə XİN başçısı ilə görüşəcək

Dünya İqtisadi Forumunun xüsusi sessiyasında iştirak etmək üçün Ər-Riyada səfər edən ABŞ dövlət katibi Entoni Blinken Körfəz ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək.

Azpost.info xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının katibliyi bəyan edib.

Dövlət katibi xüsusi sessiyada Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə danışıqlar aparacaq.

Blinkenin Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinin nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

Azpost.info

Əvvəlki məqalə

COP29-un Bakıda verəcəyi mənəvi birlik mesajı

Sonrakı məqalə

Mayın 1-də Bakıda beynəlxalq tədbir keçiriləcək