ABŞ Dövlət katibi Blinken İsrail prezidenti Hersoqla telefonla danışıb.
Azpost.info bildirir ki, bu barədə Dövlət Departamenti açıqlama yaylb.
Dövlət katibi prezident Herzoqu HAMAS lideri Yəhya Sinvarın öldürülməsi ilə nəticələnən əməliyyata görə təbrik edib.
Dövlət katibi ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib. Dövlət katibi Blinken Qəzzada olan bütün girovların azad edilməsinin vacibliyini deyib. Blinken müharibənin Fələstin xalqının əzabını yüngülləşdirəcək və HƏMAS-ın bir daha Qəzzaya nəzarət edə bilməyəcəyi şəkildə dayandırılmasına təcili ehtiyac olduğunu qeyd edib.