Blinken və Zelenski ABŞ silahları ilə Rusiyaya zərbələrlə bağlı qərara gələ bilməyib

ABŞ dövlət katibi Entoni Blinken və Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə keçirilən görüşdə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadə ilə bağlı qərara gələ bilməyiblər.

Azpost.info xəbər verir ki, bu barədə ABC telekanalı Ukrayna prezidentinin müşavirinə istinadən məlumat yayıb.

Görüşdə Zelenski Blinkenə Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından necə istifadə edə biləcəyi ilə bağlı ətraflı plan verib və mümkün hədəflərin siyahısını təqdim edib. Lakin məsələ ilə bağlı heç bir qərar verilməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.