Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

BMT Baş katibi Azərbaycanın səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

User 14 Noyabr 2025 - 23:20 (Last updated: 14 Noyabr 2025 - 23:20)
qutteras

“Baş katib bu gün Rusiya tərəfindən Ukraynanın bir neçə bölgəsinə qarşı həyata keçirilmiş genişmiqyaslı raket və dron hücumlarını qətiyyətlə pisləyir. Xəbərlərə görə, paytaxt Kiyev şəhərində azı altı, Çornomorsk şəhərində isə iki nəfər həlak olub. Hücum nəticəsində çoxlu sayda mülki şəxsin yaralandığı, yaşayış və enerji infrastrukturlarının, eləcə də Azərbaycanın Kiyevdəki səfirliyinin zərər gördüyü bildirilir.”

APA xəbər verir ki, bu, BMT Baş katibinin sözçüsünün yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda bildirilir ki, mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar beynəlxalq humanitar hüququn pozulması deməkdir və bu cür hücumlar harada baş verməsindən asılı olmayaraq qəbuledilməzdir, dərhal dayandırılmalıdır.

Bəyanatda həmçinin Baş katibin diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini xatırlatdığı bildirilir.

“Baş katib ədalətli, hərtərəfli və dayanıqlı sülhə doğru ilk addım kimi tam, dərhal və şərtsiz atəşkəs çağırışını bir daha səsləndirir. O, bu sülhün BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq BMT qətnamələrinə uyğun olaraq Ukraynanın suverenliyini, müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam şəkildə təmin etməli olduğunu vurğulayır”, – bəyanatda deyilir.

Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb, ona kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.

AzPost.az

Post navigation

Previous: Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub
Next: Tramp BBC-yə qarşı 5 milyard dollara qədər iddia qaldıracaq

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.