“Qərb Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq istəyir”- LAVROV

“Qərb Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq niyyətini gizlətmir”.

Azpost.info xəbər verir ki, Lavrov bunu Cənubi Afrikadan olan həmkarı Nadeli Pandorla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel, NATO Baş katibi Yens Stoltenberq, ABŞ administrasiyasının və ya Avropa İttifaqının nümayəndələri dəfələrlə Ukraynanın Rusiya ilə danışıqlara başlamasının hələ tez olduğunu bildiriblər.

“Biz bu vəziyyətdə daha çox qalib gəlməliyik və danışıqlara güclü mövqedən başlamalıyıq. Onlar birbaşa deyirlər ki, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq lazımdır”, – XİN rəhbəri deyib.

Lavrov qeyd edib ki, Qərb Ukrayna ilə bağlı danışıqlardan nə qədər qaçsa, həll yolu tapmaq bir o qədər çətin olacaq.

Azpost.info

Əvvəlki məqalə

Ötən il Azərbaycanda 251 kriminal qrup zərərsizləşdirilib

Sonrakı məqalə

“BMT-nin mandatı lazımdır”