BMT-də yeni nümayəndə AFFA-nın ilk prezidentinin oğludur

Prezident İlham Əliyevin Sərəncamı ilə Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Tofiq Musayev Bakı şəhəri  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti mərhum Fuad Musayevin oğludur.

Fuad Musayev 1983–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, SSRİ Ali Sovetinin deputatı olub.

Fuaf Musayev 1989–1990-cı illərdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Komitəsinin sədri, 1990–1991-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi olub.

O, 1992–2003-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti olub. O, həmçinin, İngiltərə, Hollandiya və Belçikada Avropa Çempionatlarının təşkili və keçirilməsi üzrə UEFA Komitəsinin və UEFA-nın Şərqi Avropa Ölkələrinə Yardım Komitəsinin üzvü olub.

Tofiq Fuad oğlu Musayev bakalavr təhsilni hüquqşünaslıq ixtisası üzrə alıb.

Tofiq Fuad oğlu Musayev bakalavr təhsilni hüquqşünaslıq ixtisası üzrə alıb.
2003 – 2004-cü illərdə Böyük Britaniyanın tanınmış Esseks Universitetində magistr təhsilinə yiyələnib. O, 2004 – 2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin sentyabrından isə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinə təyinat alan Tofiq Musayev daimi nümayəndənin müavini vəzifəsini tutub.
Tofiq Musayevin həyat yoldaşı məşhur şahmatçı Firuzə Vəlixanlıdır. Onların 3 övladı var

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.