BMT Ermənistanın uşaqları əsgər kimi döyüşə cəlb etməsi barədə məlumat yayıb 

03 Noyabr 2020 - 11:06

Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Ermənistanın davam edən hərbi əməliyyatlara uşaqları əsgər kimi cəlb etməsi, uşaq bağçaları və məktəb binalarından hərbi məqsədlər üçün istifadə etməsi ilə bağlı məlumatlar BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.   

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.