BMT-nin 950-dən çox əməkdaşı koronavirusa yoluxub

BMT-nin 950-dən çox əməkdaşında yeni növ koronavirusun aşkarlandığı bildirilib. 

TASS xəbər verir ki, bu barədə cümə günü BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə məlumat verib.

O qeyd edib ki, sözügedən virusa yoluxan əməkdaşların ümumi sayı 953 nəfərdir.

Xatırladaq ki, mart ayının ortalarından etibarən BMT-nin qərargah binasında katiblik işçilərinin iş qrafiki məhdudlaşdırılıb. Təşkilatın əlaqədar qurumlarında bütün iclaslar videokonfrans formatında keçirilir.

Hazırkı iş formatının ən azı iyunun sonuna qədər davam edəcəyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Sonrakı məqalə

Nyu-York qubernatoru “Polis İslahatı haqqında Qanun” layihəsini təsdiqləyib