BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olunub

03 İyul 2021 - 10:38

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

Bu barədə BMT-nin saytında məlumat verilib.

Qeyd edək ki, V. Andreyeva, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Avropa və Asiyada beynəlxalq inkişaf, humanitar koordinasiya, vəkillik və tərəfdaşlıq quruculuğu sahəsində çalışıb, o, 21 illik təcrübəyə malikdir. Şimali Makedoniyadandır.

Diş tibbi sahəsində bakalavr dərəcəsi ictimai səhiyyə sahəsində magistr təhsili var.