BMT-nin Baş katibi Paşinyanla görüşündə sülh sazişini müzakirə edib

BMT-nin Baş katibi Antonio Qutteraş Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına öz töhfəsini verməyə hazır olduğunu bildirib. 

Azpost.info bildirir o, bunu Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Baş nazir Nikol Paşinyan Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

Həmsöhbətlər regionda baş verən son hadisələri müzakirə ediblər.

Bu kontekstdə baş nazir Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, eləcə də sərhədlərin demarkasiyası prosesi  barədə məlumat verib.

Antonio Quterreş Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və sülhün bərqərar olması istiqamətində atdığı addımları alqışlayıb. Baş katib öz mandatı çərçivəsində Cənubi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu qeyd edib.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Anım Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ prezidenti Baydenlə görüşüb