Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

BMT-nin İşçi Qrupunda Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunacaq

User 09 Noyabr 2023 - 12:31 (Last updated: 21 May 2025 - 20:15)
BMT TŞ

 14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupu Cenevrə şəhərində baş tutacaq iclas zamanı Azərbaycanda insan hüquqlarının vəziyyətini dördüncü dəfə nəzərdən keçirəcək.

Bu barədə Azpost.info-ya BMT-nin İnformasiya Mərkəzindən məlumat verilib.

Azərbaycan UDİ üzrə İşçi Qrupunun 6-17 noyabr 2023-cü il tarixlərində keçiriləcək 44-cü sessiyası zamanı baxışdan keçiriləcək 14 dövlətdən biridir.  Azərbaycan üzrə birinci, ikinci və üçüncü UDİ baxışları müvafiq olaraq 2009-cu ilin fevral, 2013-cü ilin aprel və 2018-ci ilin may aylarında keçirilib.

UDİ üzrə İşçi Qrupu İnsan Hüquqları Şurasının 47 üzv dövlətindən ibarətdir. Bununla belə, BMT-yə üzv olan 193 dövlətin hər biri ölkə baxışlarında iştirak edə bilər.

UDİ baxışı aşağıdakı sənədlərin əsasında aparılır: 1) milli hesabat – nəzərdən keçirilən dövlət tərəfindən təqdim olunan məlumatlar; 2) Xüsusi prosedurlar üzrə mandat daşıyıcılarının (insan hüquqları üzrə müstəqil ekspertlər və qruplar), insan hüquqları üzrə müqavilə qurumlarının və digər BMT qurumlarının hesabatlarında təqdim olunan məlumatlar; 3) milli insan hüquqları təsisatları, regional təşkilatlar və vətəndaş cəmiyyəti qrupları da daxil olmaqla, digər maraqlı tərəflərin təqdim etdiyi məlumatlar.

14 noyabrda Azərbaycan üzrə keçiriləcək baxış üçün əsas kimi çıxış edən üç hesabatla burada tanış ola bilərsiniz.

UDİ mexanizmi BMT-yə üzv olan 193 üzv dövlətdə insan hüquqlarının vəziyyətinin dövri təhlilidir. UDİ mexanizminin 2008-ci ilin aprelində keçirilmiş birinci iclasından indiyədək BMT-yə üzv 193 üzv dövlətin hər biri üç dəfə baxışdan keçib. Dördüncü dövr zamanı dövlətlərdən əvvəlki baxışlar zamanı onlara verilmiş və yerinə yetirməyi öhdələrinə götürdükləri tövsiyələrin icrası ilə bağlı görülən tədbirləri təfsilatlı şəkildə təsvir etmələri, eləcə də ölkələrində insan hüquqları sahəsində baş vermiş son prosesləri diqqətə çatdırmaları gözlənilir.

Azərbaycanın nümayəndə heyətinə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edəcək.

Azərbaycan üzrə baxışla bağlı məruzəçi qismində aşağıdakı üç ölkənin (“troyka”) nümayəndələri çıxış edir: Boliviya (Çoxmillətli Dövləti), Malavi və Maldivlər.

Sessiyanın internet üzərindən canlı yayım keçidi: https://media.un.org/en/asset/k1s/k1s08wn6uk

UDİ üzrə İşçi Qrupun 17 noyabr 2023-cü il tarixində, cümə günü saat 16:00-18:00 arasında Azərbaycanla bağlı tövsiyələri qəbul etməsi planlaşdırılır. Baxış keçirilən dövlət müvafiq baxış zamanı ona verilən tövsiyələrlə bağlı mövqeyini bildirə bilər.

İclas internet üzərindən canlı yayımlanacaq.

 

 

Post navigation

Previous: Putin Qazaxıstanda səfərdədir
Next: Prezident ECO-nun sammitində çıxış edib –

Oxşar xəbərlər

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29

xƏBƏR

bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbə endirilməsi imkanını nəzərdən keçirir. Bu zərbələrin İranın nüvə...
Read more about Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.