BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının missiyası Qarabağa gələ bilər –

XİN
06 İyul 2021 - 10:17

“Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) arasında aparılmış müzakirələr nəticəsində BMT QAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır: “Bu xüsusda, BMT QAK missiyasının azad olunmuş ərazilərimizə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMT QAK missiyasını qəbul etməyə hazırdır”.