BMT qapalı iclasda Qarabağda atəşkəsə nəzarət məsələsini müzakirə edib

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

“TASS”ın verdiyi məlumata görə, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri ilə üzrə jurnalistlərə açıqlamasında deyib.

V.Nebenzya diqqətə çatdırıb ki, hazırda atəşkəs rejimini təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.

O, qeyd edib ki, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib –

Sonrakı məqalə

Türkiyə parlamentinin Sədri Mustafa Şentop Gəncəyə gedir