“BMT Moskva, Yerevan və Bakı arasında imzalanmış sazişi alqışlayır və sazişin icrası üçün tərəflər arasında vasitəçi olmaq üçün hər şeyi edəcək”.
Azpost.info bildirir ki, bu sözləri BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik birifinqdə bəyan edib.
“Biz Rusiya hakmiyyətinə buna görə çox minnətdarıq”-deyə Dyucarrik bildirib.
Onun sözlərinə görə, saziş barədə informasiya alan Baş katib Antoniu Quttereş “rahat nəfəs alıb”: “Bizim ümidmiz onadır ki, saziş mülki adamların əzablarına son qoyacaq. Biz bu anlaşmanın əldə olunmasını alqışlayırıq”-deyə rəsmi nümayəndə vurğulayıb.