“Dağlıq Qarabağla bağlı yeni sazişin detallarını bilmək istəyirik” –ABŞ Dövlət Departamentindən açıqlama

“ABŞ Dağlıq Qarabağ üzrə sazişi nəzərə alıb, onun reallaşması ilə bağlı detalları gözləyir. Vaşinqton zorakılığın dayandırılmasına şad olacaq”.

Azpost.info bildirir ki, bu barədə RİA-ya Dövlət Departementinin nümayəndəsi bildirib.

“Biz Rusiyanın vasitəçiliyi ilə bağlanmış sazişdən xəbərdarıq. Onun detalları barədə daha çox bilməkdə maraqlıyıq”-deyə o vurğulayıb.

Dövlət departamentinin nümayəndəsi qeyd edib ki, onlar hələ atəşkəsin konkret detalları və sonrakı addımlar barədə şərh verə bilməzlər: “Tərəflər yeni sazişi necə qəbul etmələrini özlərindən soruşmaq lazımdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atəşkəs münaqişənin hərtərəfli həlli yolunda ilk addımdır” –

Sonrakı məqalə

“BMT Qarabağla bağlı yeni sazişi dəstəkləyir” –