BMT qiymətləndirmə missiyasını Dağlıq Qarabağa göndərmək haqda qərar verib

24 Dekabr 2020 - 17:17

BMT rəhbərliyi kompleks qiymətləndirmə missiyasını Dağlıq Qarabağ münaqişəsi zonasına göndərmək haqqında qərar verib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, missiyanın tərkibində yerlərdə vəziyyətlə tanış olmaq və köməyə ehtiyacı olanların tələbatlarını qiymətləndirmək üçün profil humanitar agentliklərin nümayəndələri olacaq: “Hazırda məlum qiymətləndirmə missiyanın parametrlərinin hazırlanması və razılaşdırılması davam edir. Biz öz tərəfimizdən hesab edirik ki, bütün zərərçəkənlərə profil beynəlxalq təşkilatların xətti ilə humanitar yardımların fəallaşması faydalıdır”. (APA)