“BMT TŞ-də Rusiya nümayəndə heyətinin işi çox çətindir”- PESKOV

“Rusiya BMT Təhlükəsizlik Şurasında öz funksiyalarını yerinə yetirir və öz mövqeyini ortaya qoyur, lakin Rusiya nümayəndə heyətinin işi çox çətindir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O əlavə edib ki, çətinliklərə baxmayaraq, Moskva bu işi davam etdirəcək.

“İş çox çətindir. Rusiya sədrlik edir, öz funksiyalarını yerinə yetirir, mövqeyini bildirir və bu, çox vacibdir. İş, əlbəttə ki, davam edəcək”, – Peskov bildirib.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.