Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Akif Çovdarovun əmlakının müsadirədən azad olunması qərarı ləğv olundu

User 25 Aprel 2023 - 14:07 (Last updated: 21 May 2025 - 20:15)
covdarov

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması qərarından verilmiş prokurorun protestinə və maraqlı şəxsin şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı protestin dəlillərini əsaslandırıb.

Prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış 13 milyonluq, Səlim Məmmədova qaytarılmış 161 min manatlıq əmlakın xüsusi müsadirədən azad olunmasının əsassız və qanunsuz olduğunu bildirərək, həmin qərarın ləğv edilməsini, cinayət işini əmlaklarla bağlı hissədə apellyasiya baxışına qaytarılmasını xahiş edib.

Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov, Sadiq Rəsulov, eyni zamanda Səlim Məmmədovun vəkili isə sözügedən əmlakların cinayət iştirakçısı olmayan şəxslərə məxsus olduğunu, cinayət yolu ilə əldə edilmədiyini qeyd edərək protestin rədd edilməsini istəyiblər.

Bundan başqa, 8-ci kilometr bazarının 50 faizlik payı ilə bağlı maraqlı şəxs – Çingiz Əsədovun da şikayəti dinlənilib.

İclasda qərar elan olunub.

Məhkəmə prokurorun protestini əsaslı hesab edib. İş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Eyni zamanda zərərçəkmiş və mülki iddiaçı Cəfər Səfərovun kassasiya şikayəti də təmin olunub. İş üzrə maraqlı şəxs Çingiz Əsədovun şikayəti isə qismən təmin edilib.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

2022-ci ilin dekabr ayında Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bundan başqa, Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub. (APA)

Post navigation

Previous: “BMT TŞ-də Rusiya nümayəndə heyətinin işi çox çətindir”
Next: “Qışda Azərbaycan qazı enerji təchizatında ciddi rol oynadı” –

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.