BMT TŞ Ukrayna ilə bağlı iclas keçirəcək- Moskvanın təşəbbüsü ilə

BMT Təhlükəsizlik Şurası yanvarın 17-də Ukrayna ilə bağlı iclas keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

Onun sözlərinə görə, iclas Moskvanın təşəbbüsü ilə təşkil olunur.

“Yanvarın 17-də müraciətimizə əsasən, BMT Təhlükəsizlik Şurasında iclas keçiriləcək. İclasda nələrin baş verəcəyi ilə bağlı təfərrüata varmayacağam”, – Polyanski “Teleqram”da yazıb.

Polyanski əlavə edib ki, yanvarın 20-də Rusiya Donbasın dekabrda atəşə tutulması ilə bağlı Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını keçirəcək: “Maraqlı məruzəçilər və faktlar olacaq. Çünki BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclaslarında rəsmi iclaslardan fərqli olaraq foto və videomateriallar nümayiş etdirmək olur”.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynada yaşayan ruslar vətəndaşlıqdan məhrum edilməlidir” –

Sonrakı məqalə

“Əl-Nasr” Ronaldonun qaldığı otelə aylıq 300 min ödəyəcək