BNA əlverişsiz hava ilə bağlı sürücü və piyadalara müraciət edib

Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən verilən məlunata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb”.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Hazırda körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur: “Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.

Eyni zamanda piyadala yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəmə Cahangir Hacıyevin cəzasını azaldıb –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi