BNA:"İndiki halda sosial məsafənin gözlənilməsi vətəndaşların özlərindən asılıdır"

“Nazirlər Kabineti yanında Operativ Qərargahin keçirdiyi son brifinqlərdə də hər dəfə vurğulanır ki əgər virusa yoluxma hallarında son bir neçə günün tendensiyası davam edərsə, yəni artım olarsa, müəyyən sərtləşdirllmələr həyata keçiriləcək. Təbii ki, bu sərtləşdirmələrin tətbiqi icrimai nəqliyyatda da özünü göstərəcək. Əgər vətəndaşlar sosial məsafəyə,edilən göstərişləri yerinə yetirməsələr, öz üzərində sosial məsuliyyət hiss etməsələr ictimai nəqliyyatda da sərtləşmələr qaçılmaz olacaq”.

“Report” xəbər verir ki, bu sözləri “Real” TV-nin efirində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, bu zaman ictimai nəqliyyatdan istifadədə nisbətən sərt tədbirlər həyata keçirlə bilər:

“Məsələn, avtobusların xüsusi icazə ilə buraxılışı və ya avtobuslardan oturacaq yerlərindən artıq sərnişin götürülməməsi tətbiq edilə bilər. İndiki halda isə bunu etmək mümkün deyil. Hazırda sosial məsafəni qorunması birbaşa vətəndaşların özlərindən asılıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilyam Hacıyevin prokuror oğlu işdən çıxarıldı

Sonrakı məqalə

Prezident: