BNA:"Pandemiyadan sonra kartlaşma davam etdiriləcək"

“Pandemiyadan əvvəlki dövrdə avtobuslarda kartlaşma prosesi sürətlənmişdi. Bu proses təkcə Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, agentliyin tərəf müqabilləri olan xarici şirkətin nümayəndələri tərəfindən də həyata keçirilir. İndiki dövrdə uçuşlarda məhdudiyyət olduğu üçün onlar da öz ölkələrindədir. Buna baxmayaraq, proqram təminatındakı bəzi zəruri məsələlər videokonfrans vasitəsilə bizimlə onlar arasında danışılır, yəni işlərimiz davam etdirirlir. Bu pandemiya təkcə kart məsələsi deyil, bir çox məsələlərə təsirini göstərib. Pandemiyadan sonra biz hansı yerdən qalmışıqsa, o yerdən də işimizi davam etdirəcəyik”. 

“Report” xəbər verir ki, bunu “AVTO FM” radiosunun efirində qonaq olan BNA-nın rəsmi nümayəndəsi Vüqar Məmmədzadə deyib.

Agentlik rəsmisi əlavə edib ki, ümumilikdə Bakıda 2 100 avtobus fəaliyyət göstərir: “Onlardan 300 ədədi “Bakubus” MMC tərəfindən istismar olunur. Digər xətlər isə özəl daşıyıcılardadır və onların avtobuslarını biz müəyyən mərhələ ilə kart sisteminə inteqrasiya edirik. Ümumilikdə, təxminən, 30%-dən artıq avtobusda ödənişlər kart sistemi ilə edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada koronavirusa yoluxanların sayı 200 minə yaxınlaşır

Sonrakı məqalə

Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı