Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından artıq axşam pik saatlarında müxtəlif istiqamətlərdə sıxlıqlar müşahidə olunur.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. Verilən məlumata görə, yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobuslarının intervalına da mənfi təsir etməkdədir. Müntəzəm və ekspres xətt üzrə avtobusların intervalı pozulur. Avtobuslar dayanacaqlara gecikmə ilə çatıblar. Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sıxlığın yaranmasına səbəb olub.
Qeyd edim ki, bir marşrut xəttinin intervalının pozulmasının mənfi fəsadları domino effekti ilə digər xətlərə də mənfi təsir edir. Mövcud pandemiya vəziyyətində bu hal sərnişindaşımalarda əlavə çətinliklər yaradır.