“Boeing” süni zəkalı pilotsuz hərbi təyyarəsini təqdim edib

05 May 2020 - 13:02

“Boeing Australia” şirkəti bu ölkənin silahlı qüvvələri üçün hazırladığı “Loyal Wingman” adlı süni zəkalı pilotsuz uçuş vasitəsinin ilkin variantını təqdim edib.

“Report” CNN-ə istinadən xəbər verir ki, 11,5 m uzunluğundakı yeni təyyarə “müstəqil uçuşlar və yaxud adi təyyarələri dəstəkləmək üçün süni zəka tətbiq edəcək və bu zaman təhlükəsiz məsafəyə riayət edəcək”.

Şirkətdən bildiriblər ki, yeni pilotsuz təyyarələr radioelektron qarşıdurmalarda, kəşfiyyat və müşahidə fəaliyyətlərində istifadə oluna bilər.