Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bölgələrdə gender problemləri müzakirə edilib

User 18 İyun 2026 - 22:51 (Last updated: 22 İyun 2026 - 21:53)
qht gender

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Tərtər rayonunda “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyəni uğurla davam etdirir. 18.06.2026- cı il tarixində Tərtər Peşə Məktəbinin binasında layihə çərçivəsində “Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Z. Paşayev açıb. O tədbir iştirakçılarını salamlayıb, qonaqları təqdim edib və layihənin mövzusuna uyğun olaraq fikirlərini bölüşüb. 

Dəyirmi masada layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verib. Bildirib ki, “layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır. Azərbaycanda bu sahədə böyük işlər görülməsinə baxmayaraq, bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Gender bərabərliyinin tam təmin olunması və ənənəvi ailə dəyərlərinin müasir çağırışlarla uyğunlaşdırılması istiqamətində təhsil və maarifləndirmə tədbirləri davam etdirilməlidir”.

​Layihənin eksperti S.Məmmədova Ailə münasibətlərində gender bərabərliyinin təşviqi və ailədə hüquqi ədalətin qorunması, Ailə Məcəlləsində dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirdi ki, “Ailə dəyərləri və gender bərabərliyi qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır. Bu iki anlayış bir-birini tamamlayaraq ailə institutunu gücləndirir. Cütlüklərin ev işlərini və qərarları bərabər bölüşməsi, övladların tərbiyəsində hər iki valideynin bərabər iştirakı möhkəm və sağlam ailə mühitinin əsasını təşkil edir”.

Tərtər RİHB-nın Qarağacı kənd İƏD üzrə nümayəndəsi L.Həmidov layihənin mövzusunun aktual olduğunu və bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunmasında böyük əhəmiyyət kəsb etdiyini bildirdi. ​Sonra müzakirələr oldu və suallar cavablandırıldı. Altunə Bayramova, Rafət Məmmədova və digərləri Gender problemləri ilə bağlı fikirlərini bildirdilər. Qiymətləndirmə aparıldı. Tədbir iştirakçıları layihənin mövzusunun çox aktual olduğunu və razı qaldıqlarını bildiriblər.

Tədbirdə layihə rəhbəri tədbirin  uğurlu alımasında dəstəklərinə görə TRİH Başçısı M.Məmmədova, Tərtər RİHB-nın Qarağacı kənd İƏD üzrə nümayəndəsi L.Həmidova, Tərtər Peşə Məktəbinin rəhbərliyinə və iştirakçılara təşəkkür edib.

​İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür ediblər. Tədbirdə 25 nəfər iştirak edib.

Qeyd: Layihə Ağdam,Tərtər, Bərdə,Ağcabədi  və Xocavənd rayonlarında  3 ay müddətində həyata keçiriləcək. Regional Gender Mərkəzi  İctimai Birliyinin  mətbuat xidməti

Fotolar

AzPost.az

Post navigation

Previous: Vərəmə qarşı maarifləndirmə tədbiri keçirildi
Next: Arıqlamaq istəyənlərin ən böyük səhvi:

Oxşar xəbərlər

nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.