Boliviyanın keçmiş prezidenti həbsxanada intihara cəhd edib

Boliviyanın keçmiş prezidenti Jeanine Anes Çavez həbsxanada intihara cəhd edib.

Bu barədə “Pagina Siete” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilib ki, terror, sui -qəsd və üsyana təhrik ittihamı ilə həbs edilən siyasətçi özünü yaralayıb. Hazırda onun həyatı üçün təhlükə olmadığı vurğulanıb.

Həbsxanadan bildirilib ki, qadın psixi müayinəyə göndəriləcək.

Vəkillər iddia edirlər ki, Anesin intihar cəhdi Miraflores həbsxanasında məruz qaldığı qəddarlığa cavabdır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın vitse-prezidentinin Cənub-Şərqi Asiyaya ilk səfəri başlayıb

Sonrakı məqalə

Voleybolçularımız Rusiya yığması ilə qarşılaşacaq –