Boliviyanın müvəqqəti rəhbəri yeni prezident seçkiləri haqqında qanun imzalayacaq

24 Noyabr 2019 - 12:50

Boliviyanın müvəqqəti prezidenti Janin Anyes yeni ümumi seçkilərin keçirilməsi ilə əlaqədar ölkə parlamenti tərəfindən təsdiqlənən qanunu imzalayacaq.

Trend-in məlumatına görə, bunu J.Anyes öz “Twitter” səhifəsində yazıb.

J.Anyes bildirib: “Sabah saat 10:00-da Parlament tərəfindən təsdiqlənən “Ümumi seçkilərin keçirilməsi üçün xüsusi və müvəqqəti rejim haqqında” qanunu imzalayacağam”.

Aqnes, eyni zamanda, 20 oktyabr səsverməsinin nəticələrinin ləğv edilməsini və Ali Seçki Məhkəməsinin yeni üzvlərinin təyin olunmasını nəzərdə tutan sənədi təsdiqlədiklərinə görə parlament üzvlərinə təşəkkür edib.