Bolqarıstanda MSK prezident seçkilərinin nəticələrini açıqlayıb

23 Noyabr 2021 - 21:37

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin nəticələrini açıqlayıb.

MSK Rumen Radevin dövlət başçısı, İliyana Yotovanın isə ölkənin vitse-prezidenti vəzifəsinə seçildiyini elan edib.

Radev cənub bölgəsindəki Kırcali bölgəsi istisna olmaqla, Bolqarıstanın bütün bölgələrində qalib gəlib.