“Valyuta bazarlarında qeyri-real qiymət müşahidə olunur” –Türkiyə Mərkəzi Bankı açıqlama yaydı

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı valyuta məzənnələrindəki dalğalanma ilə bağlı açıqlama ilə çıxış edib.

Avropa.info xəbər verir ki, Mərkəzi Bank valyuta bazarlarında qeyri-real və qeyri-sağlam qiymət formalaşmalarının müşahidə olunduğu vurğulanıb.

“Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının üzən məzənnə rejimində məzənnə səviyyəsi ilə bağlı heç bir öhdəliyi yoxdur. Valyuta məzənnələri tələb və təklif şərtləri ilə sərbəst bazar dinamikası ilə müəyyən edilir.

Müəyyən şərtlər daxilində Mərkəzi Bank daimi istiqamətləndirmə məqsədi olmadan yalnız həddindən artıq qiymət artımına müdaxilə edə bilər. Valyuta bazarlarında qeyri-real və iqtisadi əsaslardan tamamilə uzaq olan qeyri-sağlam qiymət formalaşması müşahidə olunur. Bu bəyanat, şirkətlərimizi və vətəndaşlarımızı son dərəcə dəyişkən bazar şəraitində iqtisadi əsaslardan tamamilə uzaq dəyərlərlə ticarət etməklə mümkün itkilərə qarşı xəbərdar etmək ehtiyacı səbəbindən tələb olundu”, -deyə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının açıqlamasında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bolqarıstanda MSK prezident seçkilərinin nəticələrini açıqlayıb

Sonrakı məqalə

“Bavariya” və “Mançester Yunayted” qələbə qazanıb –