ABŞ “Vaqner”i cinayətkar təşkilat elan etdi

ABŞ Rusiyanın “Vaqner” özəl hərbi şirkətini transmilli cinayət təşkilatı kimi təsnif etmək qərarına gəlib və gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

TASS-;n xəbərinə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbinin sözlərinə görə, Maliyyə Nazirliyi “Vaqner” Qrupunu “ciddi transmilli cinayət təşkilat” kimi təsnif edir. O, həmçinin bu kvalifikasiyaya əsaslanaraq, ABŞ-ın sözügedən təşkilata qarşı əlavə sanksiyalar tətbiq edəcəyini vurğulayıb.

Əvvəlki məqalə

Bolqarıstanda tapılan qəribə skletin sirri niyə açılmır? –

Sonrakı məqalə

“Xarici görkəmini, yerişini dəyişmişdi” –