“Bolşeviklər özbaşına sərhəd cızıb, ərazi paylayıb…Rusiya qarət olunub” –Putin “SSRİ-nin altına mina qoydular” yazdı

 “SSRİ-nin yaradılması haqqında Bəyannamədə və Konstitusiyada respublikalara ittifaqdan sərbəst şəkildə çıxma hüququnun verilməsi ilə dövlətçiliyimizin əsasına “gec partlayan mina” qoyuldu”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Ukrayna ilə münasibətlərə dair yazdığı geniş məqalədə qeyd edib.

Prezident qeyd edib ki, Sov.İKP-nin rəhbər rolu haqqında sığorta mexanizmi yoxa çıxan kimi ölkə daxildən dağıldı. ““Suverenlik paradı” başlandı. 8 dekabr 1991-ci ildə MDB-nin yaradılması haqqında Belovejsk sazişi imzalandı. Elan olundu ki, SSRİ beynəlxalq hüququn subyekti və geopolitik reallıq kimi mövcudluğuna son qoyur”.

Putin Leninin bolşevik hökumətinin addımlarını sərt tənqid edib: “Bolşeviklər rus xalqına sosial eksprementlər üçün material kimi yanaşırdılar. Onlar dünya inqilabı xəyalı ilə yaşayırdılar. Bolşeviklərin fikrincə, ümumiyyətlə milli dövlətləri ləğv etmək lazım idi. Odur ki, özbaşına sərhədlər cızır, səxavətlə ərazi “hədiyyələri” paylayırdılar. Son nəticədə demək olar: Rusiya faktik olaraq qarət edildi”.

Putin SSRİ respublikaları arasında sərhədlərə də toxunub: “SSRİ-də respublikalar arasında sərhədlər dövlət sərhədləri kimi qəbul edilmirdi. Bu sərhədlər vahid dövlət çərçivəsində şərti xarakter daşıyırdı. Amma 1991-ci ildə bu ərazilər, əsasən orada yaşayan insanlar bir dəqiqənin içində xaricdə qaldılar, tarixi vətənlərindən qoparıldılar”.

Putin əlavə edib ki, zamanla hər şey dəyişir: “Öz dövlətinizi yaratmaq istəyirsiniz? Buyurun! Amma hansı şərtlərlə? Burada Rusiyanın parlaq siyasi xadimlərindən sayılan, Sankt Peterburqun ilk meri Sobçakın verdiyi bir qiyməti xatırlatmaq istərdim. Peşəkar hüquqşünas kimi o hesab edirdi ki, istənilən qərar legitim olmalıdır. 1992-ci ildə o deyirdi: “İttifaqın təsisçi-respublikaları 1922-ci ildə imzalanmış Müqaviləni ləğv etdikdən sonra SSRİ tərkibinə daxil olarkən malik olduqları sərhədlərinə qayıtmalıdırlar. Qalan digər ərazilər müzakirə və danışıqlar predmetidir. Başqa sözlə nə ilə gəlmişdiniz, onunla da gedin”. Bu məntiqlə mübahisə etmək çətindir. Əlavə edim ki, bolşeviklərin özbaşına sərhəd çızmaları və manipulyasiyaları voluntarist xarakter daşıyıb və adamların rəyini nəzərə almayıb”.

Putin Rusiya imperiyası dağıldıqdan sonra, 1918-ci ildə onun ərazisində yaranan milli dövlətləri “kvazi dövlətlər” adlandırıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əxlaqsız çağırış edən “Pantural” kino rejissorudur –

Sonrakı məqalə

Şəhid ailələrindən pul alan jurnalistlər həbs olundu –