Əxlaqsız çağırış edən “Pantural” kino rejissorudur –Üzr istəyib (DİN)/VİDEO

“Pantural” ləqəbli Tural Səfərov polis idarəsinə dəvət olunaraq onunla profalktik söhbət aparılıb”.

Bu baradə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o öz səhvini etiraf edib: “Yaydığı həmin görüntüdən narazı qalan vətəndaşlardan üzr istəyib”.

Qeyd ki, dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Onu da qeyd edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, “KOMA” filminin müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 40 nəfər COVID-19-dan sağalıb –

Sonrakı məqalə

“Bolşeviklər özbaşına sərhəd cızıb, ərazi paylayıb…Rusiya qarət olunub” –