Bolton hirsini Trampa tökdü:“Onun bu ideyası dəhşətlidir”

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton Trampın bir sıra qərarlarını tənqid edib.

Azpost.info-nun məlumatına görə, Bolton Trampın “Taliban” hərəkatının başçılarını qəbul etmək istəməsi barədə ideyasını “dəhşətli ideya” adlandırıb.

Onun sözlərinə görə, Trampın bu görüşü özünün Kemp-Deviddəki rezidensiyasında keçirməsi 11 sentyabr terror qurbanlarının xatirəsinə hörmətsizlik olardı.

Xatırladaq ki, Bolton ötən həftə istefaya göndərilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eldar Mahmudova sərbəst hərəkət etmək icazəsi verilib –

Sonrakı məqalə

Erməni snayperləri mövqelərimizi atəşə tutur –