Eldar Mahmudova sərbəst hərəkət etmək icazəsi verilib –Sabiq nazir yay tətilini xaricdə keçirib

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq tam şəkildə sərbəst hərəkət izni alıb, ölkə sərhədlərini sərbəst şəkildə aşa bilir. Ölkə sərhədləri daha E. Mahmudov üçün “dəmir barmaqlıq” deyil.

Azpost.info bildirir ki, bu haqda məlumatı Musavat.com yayıb. Məlumatda deyilir ki, Eldar Mahmudov hətta yay tətilini ölkədən kənarda keçirib. Onun ölkəyə qayıtması isə burada yaxınlarının, xüsusən əmisi oğlu Vüqar Mahmudovun  həbsdə olması ilə əlaqəlidir.

Sabiq nazir ətrafına söz verib ki, Vüqar Mahmudov həbsdən çıxmamış ölkədən gedən deyil. Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi olub. Onu “MTN işi”ndən 2 il sonra, 2017-ci ilin noyabrında həbs ediblər. Artıq Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi də başlayıb. Bakı Hərbi Məhkəməsində keçirilən proseslərə Vüqar Mahmudov demək olar ki, qatılmır. Məhkəmədən də bunun səbəbini izah etmirlər.

Belə ehtimallar var ki, Vüqar Mahmudovun məhkəmə prosesinin uzandıqca-uzanan “saqqız”a çevrilməsi Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyard dolları geri qaytarması öhdəliyi ilə əlaqəli ola bilər.

Eldar Mahmudovun azadlıqda olmasının bir səbəbi kimi də bu amil göstərilir. Onun tərəfindən ölkədən çıxarılmış milyardlarla dolların geri qaytarılacağına olan ümiddir. Görünür, Eldar Mahmudov da bu şərtlə razılaşıb – müəyyən qədər bağışlanması müqabilində ölkədən çıxardığı kapitalın böyük hissəsini qaytarmağa meyllidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə son 15 ildə xəstələrin sayı 350 min nəfər artıb –  

Sonrakı məqalə

Bolton hirsini Trampa tökdü: