Boris Conson koronavirusa yoluxduqdan sonra görmə qabiliyyətinin zəiflədiyini deyib

26 May 2020 - 01:39

Böyük Britaniyanın Baş naziri Boris Conson yeni növ koronavirusdan sağaldıqdan sonra görmə qabiliyyətinin pisləşdiyini söyləyib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Baş nazir bu barədə mətbuat konfransında bildirib.

“Uzun illərdən sonra ilk dəfə optik eynək taxmalıyam. Düşünürəm ki, bu, koronavirusun təsirindən ola bilər”, – deyə Consan vurğulayıb.