Boris Conson şahzadə Filipin dəfnində iştirak etməyəcək

Britaniyanın Baş naziri Boris Conson kütləvi yığıncaqlara qoyulan koronavirus məhdudiyyətləri səbəbindən şahzadə Filipin dəfn mərasiminə qatılmayacaq.

BBC radiosu xəbər verir ki, bu barədə məlumatı Baş nazirin ofisi yayıb. Məlumatda bildirilir ki, Consonun qərarı dəfndə kral ailəsinin daha çox üzvünün iştirakına imkan yaratmaqla bağlıdır.

Vindzor qəsrindəki Georgiya qülləsində təşkil olunacaq dəfn mərasimində yalnız 30 nəfər – şahzadə Filipin övladları, nəvələri və digər yaxın qohumları iştirak edə bilərlər. İctimaiyyətdən dəfnin keçirildiyi əraziyə yaxınlaşmamaq xahiş olunub.

Xatırladaq ki, Edinbur hersoqu şahzadə Filip aprelin 9-da ömrünün 100-cü ilində vəfat edib. Mərhum şahzadənin aprelin 17-də dəfn olunacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bayraktar” separatçı Donetskdə ilk kəşfiyyat tapşırığını icra edib –

Sonrakı məqalə

“Bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik” –