Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Boris Consonun olduğu qatara Rusiya PUA-sı ilə zərbə endirildi –

User 13 Sentyabr 2026 - 18:48 (Last updated: 13 Sentyabr 2026 - 18:48)
conson qatar

Bu gün Rusiya Ordusunun Ukraynanın Volın vilayətində, Polşa sərhədindən 2 kilometr məsafədə pilotsuz uçuş aparatı (PUA) ilə lokomotivinə zərbə endirdiyi sərnişin qatarında Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və Almaniya kansleri Fridrix Mertsin müşavirlərindən Günter Zautter də olub.

Bu barədə “Der Spiegel” nəşri mənbələrinə istinadən məlumat yayıb.

“Ukrzaliznitsya”nın məlumatına görə, Polşa sərhədindən 2 kilometr məsafədə sərnişin qatarının lokomotivinə zərbə endirilib. Nəşrin məlumatına əsasən, Mertsin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavir olan Günter Zautter Kiyevdən Polşa istiqamətində hərəkət edən bu qatarda olub.

Qatar səhər saat 5 radələrində Polşa sərhədinin yaxınlığında dayanıb. PUA hücumları səbəbindən sərnişinlərin bir hissəsi təxliyə edilib.

Nəşr qeyd edib ki, Zautter Kiyevdə Böyük Britaniya, Fransa və İtaliyanın təhlükəsizlik məsələləri üzrə müşavirləri, eləcə də Ukrayna hökuməti ilə birlikdə Rusiya ilə mümkün sülh danışıqlarını müzakirə edib. Sentyabrın 12-də o, Kiyevdə beynəlxalq təhlükəsizlik konfransında iştirak edib.

Zautterdən başqa, qatarda digər Avropa hökumətlərinin təhlükəsizlik məsələləri üzrə müşavirləri, Bundestaq deputatları, diplomatlar və alimlər də olub. Boris Conson da konfransdan sonra bu qatarla Polşaya qayıdırmış.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda qida biznesində yeni dövr –
Next: TDT-nin dini rəhbərləri Seyid Yəhya Bakuvinin türbəsini ziyarət edib

Oxşar xəbərlər

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
qaz nəqli
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.