Borrel Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi :“Ən qısa zamanda tətbiq ediləcək”

“Donbas, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlara görə Avropa İttifaqı ölkələri Rusiyaya qarşı ən qısa zamanda yeni sanksiyalar tətbiq edəcək”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.

“Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər mümkün qədər tez, tərəfdaşlarımızla razılaşdırılaraq tətbiq ediləcək”, – Borrel qeyd edib.

O, həmçinin əlavə edib ki, Aİ ölkələri Ukraynanı hərbi texnika və silahlarla dəstəkləməyə davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

“Bizdə dollar yox, xaricdən gələn mallar bahalaşacaq” –

Sonrakı məqalə

Baş Prokurorluq Əvəz Zeynallının işi ilə bağlı məlumat yaydı –