Böyük Britaniya 2040-cı il Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

London Olimpiadaya üç dəfə ev sahibliyi edib. İndi isə hökumət, Oyunların keçirilməsi üçün potensial müraciətin rəsmi qiymətləndirilməsinə məhz ölkənin şimalında başlayır – hansı ki, bu bölgə “çox uzun müddətdir Oyunların onlar üçün həddindən artıq böyük və vacib olduğunu eşidirdi”. Maliyyə naziri (kansler) Reyçel Rivz bu müraciəti stadionların yenidən qurulması və “Şimali İnkişaf Dəhlizi”nin genişləndirilməsi planları ilə əlaqələndirib.

AzPost xəbər verir ki, Böyük Britaniya 2040-cı ildə Olimpiya Oyunlarının keçirilməsi üçün müraciət imkanlarını rəsmi olaraq nəzərdən keçirir. İdman nazirləri potensial müraciətin nə dərəcədə əlverişli olduğunu qiymətləndirməyi tapşırıblar. Bu müraciət uğurlu olarsa, Olimpiya va Paralimpiya Oyunları 2012-ci il London Oyunlarından sonra ilk dəfə Böyük Britaniyaya qayıdacaq, lakin bu dəfə söhbət İngiltərənin şimalında keçirilmədən gedir.

Qiymətləndirmə prosesində xərclər, şimal bölgəsi üçün sosial-iqtisadi faydalar və hər hansı bir müraciətin uğurlu olmaq ehtimalı nəzərdən keçiriləcək. London 1908, 1948 və 2012-ci illərdə olmaqla Olimpiya Oyunlarına üç dəfə ev sahibliyi etsə də, Böyük Britaniyanın başqa heç bir bölgəsində bu baş verməyib.

Bu planlar seçki dairələri şimalda yerləşən iki nazir – Mədəniyyət naziri Liza Nendi və Maliyyə naziri (kansler) Reyçel Rivz tərəfindən bəyənilib. Nendi bildirib ki, London-2012 Olimpiya Oyunlarının ölkə üçün nələr edə biləcəyini, bir nəsli necə ruhlandırdığını, investisiyaları cəlb etdiyini və dünyaya Böyük Britaniyanın ən yaxşı tərəflərini göstərdiyini sübut etdi. Onun sözlərinə görə, İngiltərənin şimalı idman sahəsində yüksək nailiyyətlər qazansa da, onlara çox uzun müddətdir Olimpiya Oyunlarının Şimalda keçirilmək üçün sadəcə olaraq həddindən artıq böyük və vacib olduğu deyilirdi. Bundan əlavə, siyasətçi vurğulayıb: “Daha bəsdir. Olimpiya Oyunlarının şimalda keçirilməsinin vaxtı gəlib çatdı və biz dünyaya nə təklif edə biləcəyimizi göstərdik”.

Kansler Rivz isə öz növbəsində vurğulayıb ki, Böyük Britaniyanın idman sahəsindəki peşəkarlığı bütün dünyada tanınır və hörmətlə qarşılanır; hökumət isə icmalara yeni nəfəs vermək, daha güclü və təhlükəsiz iqtisadiyyat qurmaq üçün bundan yararlanmaqda qərarlıdır. O, Oyunların Böyük Britaniyaya qayıtmasını tam dəstəkləyir ki, bu da “Şimali İnkişaf Dəhlizi”nin tərəqqisinə təkan verəcək. Nazir həmçinin şimalda və onun hüdudlarından kənarda yeni evlər, biznes imkanları və ictimai məkanlar yaratmaq üçün stadionların yenidən qurulması planlarını dəstəkləyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.