İyunun 11-13-də Böyük Britaniyanın Kornvol şəhərində Böyük Yeddilik ölkələrinin Zirvə görüşü keçiriləcək.
Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqının təmsil olunacağı görüşə Britaniyanın Baş naziri Boris Conson Hindistan, Cənubi Koreya və Avstraliya liderlərini də dəvət edib.
Bu illik toplantı bu ölkələrin liderlərinə ortaq dəyərlərini və hədəflərini müzakirə etmək üçün yaxşı fürsət yaradır.
Qeyd edək ki, 47-ci dəfə keçiriləcək Zirvə görüşü ötən il COVID-19 pandemiyasına görə təxirə salınmışdı.