Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Böyük Britaniyanın LBC radiosu canlı yayımda Kral III Çarlzın öldüyünü elan edib

Orkhan Ali 21 May 2026 - 16:47 (Last updated: 21 May 2026 - 16:15)
carlz

Böyük Britaniyada fəaliyyət göstərən populyar LBC radiostansiyasının canlı yayımı zamanı ciddi proqram və texniki xəta baş verib. Radiostansiya ölkə monarxı Kral III Çarlzın vəfat etdiyini elan edərək onun xatirəsinə aid xüsusi proqramı yayımlayıb.

AzPost xəbər verir ki, hadisə axşam saatlarında, aparıcı Şelagh Foqartinin tok-şousu zamanı qeydə alınıb. Canlı yayım qəfildən kəsilərək efirə monarxın ölümü ilə bağlı əvvəlcədən hazırlanmış nekroloq və xüsusi matəm musiqisi verilib. Təxminən yarım dəqiqə davam edən bu anonsdan sonra yayım yenidən kəsilib və qısa sükutdan sonra aparıcı proqramı davam etdirib.

Aparıcı baş vermiş insidentə görə dinləyicilərdən üzr istəyərək bunun texniki bir səhv olduğunu bildirib:

“Xanımlar və cənablar, proqramımızda texniki xəta baş verdi. Biz tamamilə fərqli bir audionu efirə verdik. Yarana biləcək hər hansı narahatlığa və çaşqınlığa görə dərin üzrümüzü qəbul edin.”

Qeyd edək ki, Böyük Britaniyanın bütün aparıcı media qurumlarında monarxların və kral ailəsinin digər yüksək rütbəli üzvlərinin vəfatı halı üçün öncədən hazırlanmış protokollar və audio-video materiallar (nekroloqlar) mövcud olur. LBC radiosunda baş verən hadisənin də məhz daxili sistemdəki texniki nasazlıq səbəbindən həmin arxiv materialının səhvən işə düşməsi nəticəsində qaynaqlandığı bildirilir. Bukingem sarayı məsələ ilə bağlı hələlik rəsmi şərh verməyib.

AzPost.az

Post navigation

Previous: Mərakeş futbol üzrə DÇ-2030-a qədər gecəqonduları aradan qaldıracaq
Next: Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıb

Oxşar xəbərlər

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37

xƏBƏR

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq...
Read more about Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.