“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinin icrasına başlanılıb –FOTO

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin icra etdiyi “Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində ilk təlim 26.07.2024-cü il tarixində Laçın şəhərində keçirildi.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyin, eləcə də Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən təlimdə iştirakçılara icma quruculuğu, məcburi köçkünlərin məşğulluq imkanlarını artırmaq və reinteqrasiya prosesini daha da gücləndirmək istiqamətində praktiki və nəzəri biliklər verildi.

Təlim çərçivəsidə ilk olaraq yeni məskunlaşmış sakinlərə Dayanıqlı İnkişaf Məqsədlərinin mövcud olan 17 hədəfi haqqında məlumat verilmiş, icma quruculuğu prosesində DİM-nin tətbiqi nəzərdən keçirilmiş, icmanın ehtiyaclarının öyrənilməsi məqsədi ilə fokus qrup müzakirələri təşkil olunmuş, gənclərin və qadınların biznes və sahibkarlıq subyektlərini formalaşdırmaq üçün təqdimatlar keçirilmiş və məsləhət xidmətləri təşkil olunub.

Peşəkar təlimçilər tərəfindən aparılan təlimdə rayonda potensial olaraq əkinçilik, heyvandarlıq, aqro- innovasiya, aqroturizm sahələrinin formalaşmasında iştirak məsələləri ilə bağlı qrup işləri və praktik tapşırıqlar həyata keçirildi. Daha sonra iştirakçılara biznes planların tərtib olunma və müraciət olunması qaydaları ilə bağlı məlumat verilib və bu istiqamətdə davamlı dəstəyin davam etdirilməsi nəzərdə tutulub. Layihənin hədəf qrupu gənc qadınlar, gənc sahibkarlar və icmalar olub və əsas məqsəd yeni biznes ideyalarını təşviq etmək və yeni sahibkarların yetişdirilməsinə dəstək göstərmək olub. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində növbəti mərhələdə Füzuli, Zəngilan və Şuşa şəhərlərində təlimlər keçiriləcək və təlimlərin nəticəsində dövlət, özəl sektoru və icmalar arasında işbirliyinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi ilə konfrans təşkil olunacaq. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.